Bir ailənin 7 üzvü zəhərləndi - 4-ü uşaqdır

12:08 24.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyanda bir ailənin 7 üzvü dəm qazından zəhərlənib.

Hafta.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, hadisə Qızılağac kəndində qeydə alınıb.

Fərdi yaşayış evində qaz sobasının nasaz olması ucbatından evə qaz sızıb.

 Nəticədə 7 nəfər zəhərlənib.

Zəhərlənənlər Səfərov Məhi Zeynal oğlu, Səfərova Aygün Bəxtiyar qızı və onların 1 aylıq övladı, Mehralıyeva Günel Bəxtiyar qızı və 3 azyaşlı uşağı zəhərlənmə diaqnozu ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.